"Müsəlman qardaşları" Misir xalqını meydana çağırdı
14.08.2015 14:47 Dünyadan reaksiya 2104
Misirdə “İxvan-ül-Müslimin” Hərəkatı Rabia Meydanındakı iğtişaşların ikinci ildönümü ilə bağlı mitinqlərə çıxmaq çağırışı edib.
Reaksiya.Az-ın məlumatına görə,bu barədə hərəkat öz rəsmi vebsaytında açıqlama yerləşdirib.
“İxvan” bu gün Misirdə etiraz aksiyalarının keçiriləcəyini qeyd edərək, misirliləri Rabia qurbanlarını yad etməyə çağırıb. Hadisələrdə 2 mindən çox insanın qarşıdurmada öldüyü bildirilir.
Mərkəzi ABŞ-da yerləşən “Human Rights Watch” beynəlxalq təşkilatı iki il əvvəl Misirin “Rabiatül-Ədəviyyə” meydanında yüzlərlə insanın həyatını itirməsi istiqamətində beynəlxalq istintaq başlanılmasını tələb edib.
Təşkilat Misir hakimiyyəti tərəfindən indiyə qədər qətliama məsuliyyət daşıyan bir hüquq-mühafizə əməkdaşının və məmurun həbs olunmadığını bildirib və Rabia 2013-cü ilin iyun-iyul aylarında işlənən cinayətlərin araşdırılması üçün komissiya yaratmağa çağırıb.
Şərhlər