Fransanın “Le Monde” qəzeti Gəncədəki erməni terrorundan yazıb

11.10.2020 13:11     Dünyadan reaksiya     537

Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket atəşinə tutması barədə məqalə dərc edib.

Reaksiya.az xəbər verir ki, məqalədə Azərbaycan rəsmi qurumlarına istinadla qeyd olunub ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə 7 nəfər həlak olub.

Nəşr Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub və nəticədə 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb ” məlumatına da istinad edib.

Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Reaksiya.az

Şərhlər