Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
11.10.2020 16:26 Dünyadan reaksiya 1143
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.
Reaksiya.az xəbər verir ki, bu barədə “CNN Türk” diplomatik mənbələrə istinadla xəbər yayıb.
Xatırladaq ki, Ermənistan və Azərbaycan Moskvada keçirilən görüşlər zamanı 10 oktyabr saat 12:00-dan etibarən Dağlıq Qarabağda cənazə və əsir mübadiləsini nəzərdə tutan humanitar atəşkəs barədə qərar vermişdilər.
Lakin Ermənistanın işğlaçı ordusu atəşkəsdən 24 saat belə keçməmiş Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum edib. Nəticədə 9 nəfər ölüb, 34 nəfər yaralanıb.
Şərhlər