Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır - Türkiyə XİN

11.10.2020 19:07     Dünyadan reaksiya     458

Ermənistanın humanitar atəşkəs razılaşmasını pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumunu şiddətlə qınayırıq. Münaqişə bölgəsinə 100 kilometr məsafədə yerləşən Gəncədə çoxmənzilli binanı hədəf alaraq 9 mülki şəxsin ölümünə, 30-dan çox insanın yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan torpaqlarından kənara çıxarmaq məqsədilə törətdiyi təxribatların yeni örnəyidir.

Reaksiya.az xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

“Bu hücum, eyni zamanda, Ermənistanın işğalçılıq siyasətini davam etdirmək üçün beynəlxalq humanitar hüquq normalarını pozmaqdan çəkinmədiyini və atəşkəs dilindən anlamadığını ortaya qoymaqdadır. Ermənistanın bu təcavüzkar əməlləri təəccüblü olmamaqla bərabər, həmişəki işğalçı və qəsbkar düşüncəsinin açıq ifadəsidir. Beynəlxalq ictimaiyyət bu hüquq tanımaz əməllərə “Dayan!” deməlidir.

Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycana “Başın sağ olsun” deyir, yaralılara şəfa diləyirik. Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır”, - açıqlamada qeyd olunub.

Reaksiya.az

Şərhlər