İrəvanın Gəncəyə hücumu azğınlıqdır - Pol Qobl
11.10.2020 20:20 Dünyadan reaksiya 501
Gəncə kimi bir şəhərə hücum etmək, xüsusən də hazırkı məqamda, son dərəcə azğınlaşmış bir addımdır.
Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl deyib.
Onun sözlərinə görə, adətən tərəflər arasında atəşkəs razılaşdırıldıqda belə bir müddət döyüşü davam etdirmək istəyi müşahidə olunur:
"Lakin hazırki vəziyyətdə bu addım münaqişənin istənilən istiqamətdə danışıqlar yolu ilə həllini çətinləşdirəcək".
Şərhlər