Hedva Ser: Gəncədə baş verənləri göz yaşı ilə izlədim

11.10.2020 21:50     Dünyadan reaksiya     788

Azərbaycanın Gəncə şəhərində baş verənləri göz yaşı ilə izlədim.

Reaksiya.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında YUNESKO-nun xoşməramlı səfiri, Fransada Azərbaycanın Dostları Assodiasiyasının vitse-prezidenti Hedva Ser deyib.

O bildirib ki, heç bir dövlətin sərhədlərini pozmaq olmaz. Üstəlik uşaqları təhlükəyə atmaq, günahsız insanları öldürmək heç bir qanuna, insanlığa sığmır:

"Azərbaycanlı dostlarım, yanınızdayam. Bütün qəlbimlə dua edirəm ki, tezliklə Vətəninizdə sülh bərpa olunsun. Körpələr zərər görməsin".

Reaksiya.az

Şərhlər