Gəncəyə bu raketlərdən hücum edilib - Alman ekspert
11.10.2020 22:58 Dünyadan reaksiya 854
Hərbi ekspert Fabian Hintz Gəncədə raketin düşdüyü yerdən görüntüləri təhlil edib.
Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, sözügedən təhlili ekspert Almaniyanın BİLD nəşri üçün edib.
Onun sözlərinə görə, hücum ballistik raket vasitəsilə həyata keçirilib:
“Gəncə erməni reaktiv artilleriyasının əhatə dairəsindədir, lakin şəhərə dəyən zərər o qədər böyükdür ki, görünür, daha iri çaplı raketdən istifadə olunub”.
Şəhərin cəbhə xəttindən 60 km-dən çox məsafədə olduğunu xatırladan ekspert kütləvi hücumun təsadüfi olmadığını da qeyd edib:
“Ermənilərin dinc əhaliyə təsadüfən və ya qəsdən hücum etdiyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin ümumiyyətlə, ballistik raketlər o qədər böyük bir dağıdıcı qüvvəyə malik və çox vaxt o qədər qeyri-dəqiq və etibarsızdır ki, hətta əhalinin sıx yaşadığı ərazilərdə hərbi hədəflərə qarşı belə istifadəsi tamamilə qadağan edilib”.
İllərdir İranın raket proqramını araşdıran mütəxəssis hücum üçün Ermənistan arsenalında olan “Skad” və ya “Toçka U” raketlərindən istifadə olunduğunu hesab edir:
“Yaxın gələcəkdə ballistik raketlərin tətbiqi arta bilər. Ermənistan işğal etdiyi əraziləri itirsə də, Azərbaycandakı strateji hədəflərə hücum üçün hava qüvvələrinə sahibdir. Belə bir vəziyyətdə şəhərlər və ya neft sənayesi kimi strateji hədəflərə ballistik raketlərlə hücum edərək, qarşı tərəfə əlavə ziyan vurmaq ehtimalı var”.
Şərhlər