Moskva öz sözünün üstündə durmalıdır - Türk general
12.10.2020 01:45 Dünyadan reaksiya 665
Azərbaycan xalqı mətanətlə ordusunun arxasındadır.
Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat rəisi Gürsəl Toqmaqoğlu Gəncə hadisələri ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycan münaqişənin həllində yaxşı niyyət göstərdi:
"Moskvaya gedib o masaya oturdu və dialoqun tərəfdarı olduğunu bütün dünyaya sübut etdi. Ancaq ermənilərin yenidən terror törətməsinə baxmayaraq, dünya mediası qulağını bağlamağa davam edir. Yaşanan hadisələr insanlıq dramıdır. Baş verənlər qəbuledilməzdir. Artıq bütün dünya gözünü açmalıdır".
Keçmiş kəşfiyyat rəisi qeyd edib ki, ermənilərin istifadə etdiyi silahlar Rusiyanındır:
"Bu silahlar Rusiyadan gəlir. Rusiya "Silahımı burada istifadə edə bilməzsən" deyə bəyanat verə bilər. Atəşkəsi gücləndirmək üçün bu ifadələri işlədə bilər. Burada mənzərə çox aydındır, Moskva öz sözünün üstündə durmalıdır".
Şərhlər