Ermənistan Rusiya ilə ən son əlaqələrini məhv etdi - Petrov
12.10.2020 11:58 Dünyadan reaksiya 8995
Ermənistan açıq şəkildə heç bir barışıq, heç bir atəşkəs istəmədiyini söyləyir. Onlar müharibənin davam etməsini istəyirlər. Döyüşlər heç dayanmayıb da. Dünən atəşkəs elan olunan kimi, Etmənistan Azərbaycanın irəliləməyi dayandırmasını fürsət bilərək bəzi mövqeləri geri qaytarmağa çalışdı. Şübhəsiz ki, terror aktı olan Gəncə şəhərinin raket atəşinə tutulması ilə Ermənistan sülh istəmədiyini göstərdi.
Reaksiya.az xəbər verir ki, bu fikirləri Report-a “Vestnik Kavkaza” İnformasiya-Analitika Agentliyinin baş analitiki Andrey Petrov deyib.
“Azərbaycan həqiqətən də dünən Ermənistana hər şeyi sülh yolu ilə həll etmək üçün son şansı verdi, çünki Azərbaycan ordusu daha güclü döyüş mövqeyində idi, irəliləməyə davam edirdi və şübhəsiz, ayın sonuna qədər Ermənistan sadəcə təslim olmaq məcburiyyətində qalacaqdı. Azərbaycan şənbə gününə keçən gecə atəşkəsə razılaşmaqla sülhə doğru böyük addım atdı və bununla da Ermənistan əlavə itkilər verməkdən qaça bilərdi. Gəncəyə raket zərbələri endirilməsi isə Ermənistanın hərbi əməliyyatların davam etməsini istədiyini göstərir. Odur ki, yaxın zamanlarda müharibənin yenidən tam əsasda bərpa olunacağını düşünürəm. Ermənilərin axacaq qanına görə məsuliyyəti də belə terror aktına gedən Ermənistan rəhbərliyi daşıyacaq”, - o bildirib.
A.Petrov həmçinin Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket hücumlarına da münasibət bildirib: “Şübhəsiz ki, Azərbaycan şəhərlərini məhz Ermənistan ərazisindən atəşə tutmaqla Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı Ermənistan ərazisinə zərbə endirməyə təhrik etməyə və bununla da özünü təcavüzə məruz qalmış göstərərək KTMT və Rusiyaya müraciət etməyə hüquqi zəmin yaratmağa çalışır”.
“Ermənistan rəhbərliyinin Rusiya rəhbərliyinə göstərdiyi ən son təsirlər bu artıq yoxdur. Ermənistan özünü yalnız danışıq aparılması mümkün olmayan tərəf kimi yox, həm də terrorçu kimi göstərdi. Rusiya terrorçularla heç bir danışıq aparmır. Ermənistan Rusiya ilə ən son əlaqələrini də məhv etdi”, - ekspert söyləyib.
Şərhlər