“Beynəlxalq ictimaiyyət Ermənistana BMT qətnaməsinə əməl etmək üçün təsir göstərməlidir” - Keçmiş həmsədr

12.10.2020 18:40     Dünyadan reaksiya     503

"Qarabağ münaqişəsində ideal vəziyyət beynəlxalq birliyin vasitəçiliyi ilə atəşkəs və yenidən beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən ciddi danışıqların başlanması olardı”.
 
Reaksiya.az Xəzər Siyasi Mərkəzinə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland deyib.
 
O qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 4 BMT qətnaməsini yerinə yetirməsi üçün rəsmi Yerevana təkid etməlidir.
 
Keçmiş həmsədr bildirib ki, bundan əlavə, beynəlxalq ictimaiyyət vahid səslə təsdiq etməlidir ki, Ermənistan suveren Azərbaycan ərazilərini işğal etməklə postsovet məkanında beynəlxalq sərhədlərin müqəddəs olduğu ən güclü beynəlxalq standartlardan birini pozur.
 
"Nə də olsa, bu məqam Avropada və digər yerlərdə sülh gətirən və qorumağa kömək edən beynəlxalq qaydalara əsaslanan sistemin mərkəzi sayılır. Keçmiş Sovet Sosialist Respublikalarının müstəqilliyindən bəri ABŞ-ın burada əsas siyasəti heç vaxt dəyişməyib.  Birləşmiş Ştatlar  bu ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və qoruyur”.
 
 

Şərhlər