Şərqi Türküstan QİÇS-in cəngində

14.08.2015 15:57     Dünyadan reaksiya     2479

Uyğur Muxtar Bölgəsində son illərdə AİDS/HİV virusu daşıyan xəstələrin sayı artıb.

Reaksiya.az xəbər verir ki, Şərqi Türküstanda 2009-cu ildən etibarən QİÇS virusuna yoluxanların sayında böyük artım olmasına baxmayaraq, nə mərkəzi hökümət, nə də yerli hakimiyyət virusun qarşısını almaq üçün heç bir səy göstərir. Uyğur bölgəsinin QİÇS-lə mübarizə mərkəzinin keçmiş rəhbəri olan uyğur həkim Faruk Pidakar vəziyyətin təxmin ediləndən çox daha pis olduğunu, hökumətin virusla mübarizə etmək əvəzinə epidemiya haqqında xəbərlərin yayılmasının qarşısını almağa çalışdığını bildirib.

Pidakar  bildirib ki, 2009-cu ildəki üsyan yatırıldıqdan sonra hökümət  bölgəyə intensiv olaraq Xan çinlilərini yerləşdirir. Yeni köçənlər isə regionda sosial və mədəni problemlərə səbəb olur.

 Minlərlə Xan çinlisi hökumətin dəstəyi ilə bölgəyə gəlir. Plansız miqrasiya nəticəsində isə işsizlik məsələləri ortaya çıxır. Bundan başqa  gözəllik və masaj salonu adı altında onlarca fahişəlik mərkəzləri açılır. Hətta Şərqi Türküstanın bir hissəsində yeraltı “Qırmızı zonalar” yaradılıb. Burda Çinin digər bölgələrindən gələn fahişələr QİÇS virusunu yayır. Aksu, Kuça, Kaşqar, Yerkent və Hotan əraziləri bu epidemiyadan çox əziyyət çəkən şəhərlərdir.  

 Rəsmi rəqəmlər göstərir ki, 2014-cü ilin sonunda bölgədə ümumilikdə 32 min 500 nəfər QİÇS-ə yoluxub, onlardan  8 min 400 nəfəri isə xəstəlik nəticəsində həyatını itirib. Bu statistika ilə Şərqi Türküstanı Çinin bütün regionları içərisində beşinci sırada yerləşir. Bölgədəki bütün hadisələrin 80%-nin uyğur türklərinə aid olması isə digər maraqlı məqamdır.

 Pidakar həkim qeyd edib ki, hökumət xalqı maarifləndirmir, epidemiya barədə maarifləndirici bukletləri də yalnız çinlilərlə bölüşdürür.

 Şərqi Türküstanda qeydiyyata alınmış ilk QİÇS hadisəsi Xan çinlilərin yaşadığı Hami bölgəsində ortaya çıxıb. 2008-ci ilə qədər xəstəlik əsasən narkotikdən istifadə ilə bağlı olurdu. 2009-cu ildən sonra isə xəstəliyin cinsi yolla keçməsi faktları artdı. 2014-cü ildə isə virus 78% cinsi yolla keçib. 

Şərhlər

Çox oxunanlar