Ermənistan sözün əsl mənasında işğalçı bir dövlətdir - Devlet Bahçeli

13.10.2020 12:33     Dünyadan reaksiya     564

Münaqişənin hərb yollu ilə həll oluna bilməyəcəyi sözləri heç bir məntiqə sığmır

Reaksiya.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiya lideri Devlet Bahçeli deyib.

Bahçeli bildirib ki, bu iki ölkə arasında atəşkəsə çağırış Dağlıq Qarabağdakı azadlıq hərəkatını qaralamaqdan başqa bir şey deyil:

"Atəşkəs və Qərbin siyasi dialoq çağırışı ermənilərin əməllərini ört basdır etməyə çalışmaqdan başqa bir şey deyil. 27 sentyabrda Ermənistan atəşkəsi pozub, Azərbaycan isə öz torpaqlarını azad etmək üçün əks hücuma başlayıb.

D.Bahçeli bildirib ki, Ermənistan açıq bir şəkildə mülki vətəndaşları hədəf almaqla hərbi cinayət işləmişdir: "Dağlıq Qarabağdakı problem 30 illik yox, Türkmənçay müqaviləsindən başlayan bir problemdir. Ermənilərin törətdiyi vəhşiliklərdən biri də Xocalı soyqrımıdır. Beynəlxalq qətnamələrə baxmayaraq Azərbaycanın haqlı davası məsələsində beynəlxalq ictimaiyyət ikili stnadtartlar davam etdirməkdədir. Bu qətnamələr Ermənistan tərəfindən yerinə yetirilmir. Münaqişənin hərb yollu ilə həll oluna bilməyəcyi sözləri heç bir məntiqə sığmır.

Putinin deməsi ki, savaş Azərbaycan torpaqlarında gedir, onu göstərir ki, Rusiya bu işğala qarşıdır".

Reaksiya.az

Şərhlər