Türkiyə Suriyaya əsgər göndərməyib - Rəsmi açıqlama

14.08.2015 16:08     Dünyadan reaksiya     2029

Türkiyə baş nazirliyinin baş müşaviri, cəmiyyət diplomatiyası koordinatoru və Yayım-İnformasiya Şöbəsinin baş direktoru Cəmaləddin Haşimi,Türkiyənin Suriya siyasətinin tənqidə məruz qaldığı Fransaya gələrək, Türkiyəyə bu mövzuda yönəldilən iddiaları cavablandırıb.

Reaksiya.Az-ın VoA-ya istinadən verdiyi məlumata görə, o, “Türkiyənin türkman adı altında Suriyaya qoşun yeritməsi”nə dair iddiaları rədd edib.

Türkiyə rəsmisi vurğulayıb ki, Suriyada türkiyəli hərbçilər yoxdur.

“Avropa öz gənclərinin radikallaşması problemini dini və milli motivlər, şərqşünas yanaşma ilə analiz edə bilməz. Türkiyənin bu problemə həll tapmasını gözləməkdənsə, beynəlxalq bir həll üçün çalışılmalıdır”.

O vurğulayıb ki, bölgədəki radikallaşma səbəbləri tamamilə siyasidir və demokratik problemlər, regional və qlobal siyasətdəki uğursuzluqların nəticələridir.

Haşimi bu ilin iyuluna olan məlumatlara görə, İŞİD-ə qatılan ölən ya da dönən Türk vətəndaşı sayının min ilə min 300 arasında olduğunu ifadə edərək, “1300 km-lik sərhəddini və 80 milyonluq əhalisini göz önünə aldıqda Türkiyə İŞİD-ə  “döyüşçü verən” ilk 10 ölkə içində belə yer almır. Digər tərəfdən PYD-yə qatılan Türkiyə vətəndaşı 1000-1500 arasındadır, Türkiyə 2014-cü ildə 520, 2015-ci ildə isə 700 xarici potensial terrorçunu ölkədən çıxarıb”.

108 ölkədən 16 min nəfərlik siyahı

Haşimi Avropanın bu problemi Türkiyənin həll etməsini gözləməkdənsə, beynəlxalq bir əməkdaşlıq ilə həllinə getmə yolunu seçməsinin daha doğru olacağını deyib.

"Ölkələr üçün öz vətəndaşlarını öz ölkələrində təsbit etmək, Türkiyənin bu problemi həll etməsini gözləməkdən daha asan. Türkiyə hər il 40 milyon turist çəkir. Bunların hamısına sıx təhlükəsizlik axtarışı tətbiq etmək qeyri-mümkündür”.

Haşimi 108 ölkədən 16 min nəfərlik "xarici terrorist siyahısı" meydana gətirdiklərini və bu adların daxil də qadağan etdikləri barədə qeyd edib.

Türkiyə rəsmisi fransalı jurnalistlərin “İŞİD-lə bərabər Suriyada kürdləri də bombalayırsınızmı?” sualına belə cavab verib: “Türkiyənin kürdlərlə xüsusi problemi yoxdur və elə bir niyyətdə deyilik. Biz hansısa etnik qrupu hədəf almamışıq. Şimali İraqdakı muxtariyyətlə əlaqəmiz yaxşıdır, normal münasibətlər saxlayırıq”.

Şərhlər

Çox oxunanlar