Türk Şurası bəyanat yaydı

13.10.2020 15:24     Dünyadan reaksiya     2088

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirir.

Reaksiya.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.

Bildirilir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır:

"Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır.

Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır".

Reaksiya.az

Şərhlər