Azərbaycanı masada və meydanda dəstəkləyəcəyik - Çavuşoğlu

13.10.2020 15:46     Dünyadan reaksiya     471

Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və meydanda dəstəkləyəcəyik.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Heç kəs müharibə istəməz. Atəşkəs çağırışlarından əlavə, Ermənistana da Azərbaycan ərazilərindən çəkil çağırışı olarsa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları xatırladaraq çağırışlar edilərsə, o zaman beynəlxalq ictimaiyyətin bu problemi həll etmə arzunu görə bilərik. Ancaq bu çağırış, təəssüf ki, edilmir. Ukrayna və Gürcüstandakı vəziyyəti dəyərləndirərkən ATƏT daxil olmaqla hamımız deyirik ki, Rusiya və ya oradakı ünsürlər oradan çəkilməlidir, ora Gürcüstan və Ukrayna əraziləridir. Amma Qarabağ məsələsində eyni çağırışı etmirik”, - o vurğulayıb.

Reaksiya.az

Şərhlər