Çindən ABŞ-a Ferqyuson xatırlatması

14.08.2015 16:37     Dünyadan reaksiya     1016

Çin ilə ABŞ arasındaki insan haqları ilə bağlı zirvə görüşündə Çin tərəfi ABŞ tərəfindən səslənilən ittihamlara Ferqyuson hadisələrini yada salmaqla cavab verib.

Reaksiya.az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Çin lideri Xi Jinpingin səfər öncəsi keçirilən görüşdə ABŞ rəsmiləri Çində insan hüquqlarının pozulması barədə iradlar dilə gətiriblər.

Çin tərəfi isə 1 il əvvəl ABŞ-da polis tərəfindən öldürülmüş 18 yaşlı qaradərili gənc Maykl Braunu yada salıb.

Çinli rəsmilər ABŞ-dakı problemlərin də az olmadığını qeyd edərək, görüşdə ancaq Çindəki problemlərdən danışılmasına etiraz ediblər.

Qeyd edək ki, Xi Jinping sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək, eyni zamanda ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

Şərhlər

Çox oxunanlar