"Ankara istənilən vəziyyətdə Azərbaycanı dəstəkləməyə hazırdır" - Çavuşoğlu
14.10.2020 07:53 Dünyadan reaksiya 540
Ankara istənilən vəziyyətdə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək olacaq.
Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu İsveçli həmkarı Ann Kristin Linde ilə ortaq mətbuat konfransında bildirib.
Türk diplomatiyasının rəhbəri Cənubi Qafqazda atəşkəs çağırışları ilə yanaşı, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması üçün tələblərin səsləndirilməsi vacib olduğunu vurğuladı.
M.Çavuşoğlu yalnız bu halda beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək həqiqi arzusundan danışmaq mümkün olacağını deyib.
Şərhlər