"Seçkidə 2 milyard dollar havaya uçdu" - Türkiyəli partiya sədri

14.08.2015 17:27     Dünyadan reaksiya     2354

“Ermənistana Qarabağdan çıxmaqla bağlı dərhal ultimatum verilməli idi”.

Bu sözləri Türk Birliyi Partiyasının sədri Hurşit Yıgıt Türkiyədə Əhmət Davudoğlu ilə Kamal Kılıçdaroğlunun son görüşündən sonra “reaksiya.az”a eksklüziv açıqlamasında bildirib.

Partiya sədri Türkiyədəki son vəziyyətlə bağlı mülahizələrini bölüşüb: “Seçkilərdən bir il əvvəl belə olacağını yazmışdım, ancaq heç kim inanmamışdı. Bu an üçün ediləcək tək bir iş vardı, onu da etmədilər. MHP CHP ilə koalisyon dövlət yaratmalı idi və il yarım ərzində seçkilərə getməliydilər. Seçki qanununu dəyişdirərək seçki barajını ləğv etməli idilər. Dövlət büdcəsindən vəsait ayrılmamalı idi. 2 milyard dollara təəssüflər olsun. Müxtəlif sahələr üzrə razılıq əldə etməliydilər. Ən başlıcası o olmalıydı ki, Türkiyə bölünməzdir və bu barədə təklif belə edilə bilməz. Rəsmi dil türk dili olmalıydı, hər kəs ancaq ana dilində danışmaqda sərbəst olacaqdı. PKK dərhal təmizlənəcəkdi, vətənə xəyanətin bədəli edam olmalıydı. Prezidentin səlahiyyətləri məhdudlaşdırılmalıydı, hərbi heyət bir milyona qaldırılmalıydı.  Ermənistana dərhal ultimatum verilməli və Qarabağdan çıxardılmalıydı.  Bu bəndlərdə işlər görülməzsə, noyabrda keçiriləcək növbədənkənar seçkilər də boşunadır ”. 

 

Şərhlər

Çox oxunanlar