Ermənilər qorxudan Ağdərəyə getmir - Rus jurnalist
14.10.2020 23:46 Dünyadan reaksiya 780
Rusiyanın “Kommersant” qəzetinin müxbirləri cəbhə bölgəsində Azərbaycan və Ermənistan tərəfindən reportaj hazırlayıb.
Reaksiya.az Virtualaz.org-a istinadla xəbər verir ki, işğal olunmuş Xankəndidə olan jurnalist Aleksandr Çernıx Ağdərə istiqamətinə heç bir sürücünün getmək istəmədiyini yazıb.
Müxbir qeyd edib ki, yerki sakinlər Xankəndini "Stepanakert", Ağdərəni "Martakert" adlandırsa da, işğaldan sonra adı "İvanyan" olaraq dəyişdirilmiş Xocalını hələ də öz adı ilə adlandırırlar.
Uzun axtarışlardan sonra Ağdərəyə getməyə razı olan sürücü mövcud vəziyyətdən şikayət etməyə başlayıb. Dörd müharibə gördüyünü deyən sürücü indiki vəziyyətin daha ağır olduğunu bildirib.
Yol boyunca müxbir sıradan çıxarılmış hərbi texnika gördüyünü yazıb. Ağdərənin girişində blok-postda dayanan əsgərlər şəhərə dolayı yollarla daxil olmağı tövsiyə edib. Çernıx orda olan texnikanın çox köhnə olduğunu və sanki birinci Qarabağ müharibəsindən qaldığını qeyd edir.
Şərhlər