CHP yeni seçkilərə hazırlığa başladı

14.08.2015 17:31     Dünyadan reaksiya     2083

AKP ilə koalisiya danışıqlarda bir nəticə əldə etməyən CHP gözlənilən növbədənkənar seçkilərlə bağlı hazırlıqlara başlayıb.

Reaksiya.az-ın “Sabah”a istinadən verdiyi məlumata görə, CHP nümayəndələri partiya sədri Kemal Kılıçdaroğlunun seçki kampaniyasında istifadə etməsi üçün özəl təyyarə axtarışına çıxıblar. Bu istiqamətdə müxtəlif şirkətlərlə danışıqlar aparılır.

Partiyadan AA-ya bildiriblər ki, ehtimal olunan seçkilər başlayacağı zaman CHP seçiciyə ilk olaraq Koalisiya niyə qurula bilmədiyini izah edəcək.

Həmçinin broşüralar, digər çap materialları ilə bağlı da hazırlıqlara start verildiyi qeyd olunub.

Şərhlər