Ermənistanda xüsusi təyinatlılar cəbhəyə getməkdən imtina edib - Həbs olunanlar var
15.10.2020 12:47 Dünyadan reaksiya 1990
Ermənistanda daha bir qalmaqallı vəziyyət yaranıb.
Ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib.
Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət Xidmətin rəhbəri, vəzifədə 4 ay işləmiş 29 yaşlı Argişti Kərəmyanı vəzifədən azad edib.
Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib.
Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan "qocalar”ı cəlb edir. Elit qüvvələrin imtina etdiyi döyüşlərdə qoca əsgərlərin nə cür xeyir verə biləcəyi isə sual altındadır.(qaynarinfo)
Şərhlər