Demirtaşdan növbəti böhtan - ... bilirdilər, tədbir görmədilər

14.08.2015 20:23     Dünyadan reaksiya     1889

HDP həmsədri Səlahəddin Demirtaş prezident Ərdoğanın Davosdakı One minute çıxışında iclasın moderatörlüğünü edən ABŞ-lı jurnalist David Ignatiusa danışdı. Demirtaş partiyasının səs hədəfini açıqlayaraq, ABŞ-ın kürdlərə baxışı haqqında fikirlərini bildirib.
 
Reaksiya.Az "Sabah"a istinadən xəbər verir ki, jurnalist David İgnatius "Washington Post" qəzetində qələmə aldığı məqalədə, HDP həmsədri Səlahəddin Demirtaş telefonda yönəltdiyi sualların cavablarını qeyd edir.
 
Məqaləyə görə, HDP həmsədri jurnalistin suallarını cavablandırarkən deyib: "ABŞ-ın İncirlik müqaviləsində kürdlərə xəyanət etdiyinə inanmıram. İŞİD-ə qarşı alınacaq hər tədbiri dəstəkləyirəm".
 
Demirtaş Suruç terroru ilə əlaqədar olaraq isə belə deyib:"Prezident bu ölkədə olan hər şeyi bilir. Türk təhlükəsizlik gücləri bir şəkildə bu tip hücumlara əngəl olmadı, ya da heç bir tədbir görmədi".
 
HDP-nin növbəti seçkilərdə səslərini artıracağını təxmin edən Demirtaş "hədəflərinin yüzdə 20 olduğunu" ifadə etdi. ABŞ-lı jurnalist həmçinin yazıb ki, "PKK-nın hücumlarına istiqamətli keçmişdə etdiyi tənqidləri təkrarlayan Demirtaş deyib:"PKK lideri Abdullah Öcalan bütün sülh danışıqlarına yenidən başlamağa hazırdır".

Şərhlər

Çox oxunanlar