Bağçalıdan çağırış - Türkiyəni hökumətsiz qoymamalıyıq!

14.08.2015 21:43     Dünyadan reaksiya     1975

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı AKP və CHP-ni koalisiyon hökumət qurmaq uğrunda yenidən danışıqlara oturmağa çağırıb.
 
Reaksiya.Az-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, mətbuata yazılı bəyanat yayan D.Bağçalı AKP ilə CHP-nin son dəfə bir araya gələrək "koalisiya düyününü" həll etmələrinin vacibliyini vurğulayıb.
 
"Bu, tarixi bir zərurət, milli bir məsuliyyətdir. Koalisiyon hökuməti qurulmasıyla əlaqədar az da olsa ümid qırıntıları var. Gözləntimiz AKP ilə CHP-nin vicdanla, heç bir hesab etmədən, qorxularını aşaraq, anlaşılmazlığa səbəb olan təkliflərini donduraraq təkrar bir araya gəlməyin yollarını tapmasındadır. Bu şərtlər altında Türkiyə hökumətsiz buraxılmamalıdır", - deyə MHP sədri vurğulayb.
 
O, 7 iyun parlament seçkilərinin üzərindən keçən 68 gün ərzində koalisiya hökuməti qurulması barəsində heç bir qalıcı və ümidverici bir inkişaf olmadığını qeyd edib: "Türkiyənin həll edilməsi lazım olan bir çox problem sahəsi olduğu şübhəsizdir. Heç bir partiya nəfsi ilə hesab qurmamalıdır. Ölkə maraqları, millət və dövlət davamlılığı hər şeyin üstündə tutulmalıdır. Kreslo sevdası, sadə və əxlaqi cəhətdən mübahisəli siyasi taktikalar millətimizin gələcəyinə üstün gəlməməlidir. Nəhayət, başqa bir Türkiyə, başqa bir vətən yoxdur.
 
Ölkənin bütövlüyü və sabitliyi üçün təhdidlərin artıdğını dilə gətirən MHP sədrinin fikrincə, koalisiyanın qurulmasına az da olsa ümid var və belə bir zamanda koalisiya danışıqlarının nəticəsiz qalması kimsəyə fayda verməyəcək.

Şərhlər

Çox oxunanlar