Türkiyədə qarşıdurma - 3 şəhid, 6 yaralı

15.08.2015 00:13     Dünyadan reaksiya     1658

Türkiyənin Hakkari şəhərinin Yüksəkova rayonunda, Dağlıca adlanan bölgədə PKK terrorçuları ilə ordu arasındakı qarşıdurma zamanı 3 əsgər şəhid olub, 6 əsgər isə yaralanıb.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə Yüksəkovadan 45 km uzaqlıqdakı Dağlıca ərazisində ordunun təhlükəsizlik qüvvələri axtarış-əməliyyat tədbirləri həyata keçirərkən PKK terrorçuları tərəfindən silahlı basqına məruz qalıb. Bu zaman Türkiyə ordusu 3 şəhid verib. 6 əsgər isə ağır yaralanıb.

Yaralılar vertolyotlarla xəstəxanaya çatdırılıb. Qarşıdurma davam edir.

 

Şərhlər