Erməni lobbisi Konqresdə də aktivləşdi

21.10.2020 10:54     Dünyadan reaksiya     569

Erməni lobbisi Fransadan sonra ABŞ-da da aktivləşib.

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, Konqresin respublikaçı üzvü Qreys Napolitan Nümayəndələr Palatasının sədrinə qondarma Qarabağın tanınması ilə bağlı qətnamə təqdim edib.

Napolitan öz Tvitter səhifəsində paylaşım edərək, Qarabağın Azərbaycanın tərkibindən çıxarılması gərəkdiyini bildirib.

Qeyd edək ki, bundan öncə oxşar təklif Fransa parlamentinin aşağı palatasında səsləndirilmişdi.

Reaksiya.az

Şərhlər