Üç lider bir araya gələk - Əhməd Davudoğlu

15.08.2015 00:07     Dünyadan reaksiya     1831

"Hökumət qursaq da, seçkilərə getsək də, prezidentin yanına getməzdən əvvəl bu qərarı biz verməliyik".

Reaksiya.az "Milliyyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu bildirib.

"Hörmətli Bağçalı ilə də, Kılıçdaroğlu ilə də yenidən görüşməyə. söhbət etməyə hazıram. Gərəkərsə, üç lider bir araya gələk", - deyə baş nazir bildirib.

Lakin baş nazi CHP ilə danışıqların ntəicəsiz qaldığını da qeyd edib. O, artıq CHP ilə koalisiya qurmağın mümkünsüzlüyünü vurğulayıb.

MHP sədrini də "bizə tapşırıq verməyə çalışdı" deyə tənqid edən AKP sədri əlavə edib ki, heç də MHP sədrinin bugünlərdə dediyi kimi təkrar seçkilərə getmək planı olmayıb: "Elə niyyətimiz olsaydı, bu qədər çalışmazdıq".

Baş nazir prezidentlə aralarında heç bir fikir ayrılığı olmadığını da vurğulayıb.

 

Şərhlər

Çox oxunanlar