ABŞ-ın səhiyyə təşkilatlarına nəhəng kiber hücum
06.06.2015 13:47 Dünyadan reaksiya 1086
ABŞ rəsmiləri, kiber quldurların 4 milyondan çox federal rəsmilərə aid məlumatları oğurladığını açıqlayıb. FBİ - nin Çindən şübhələndiyi kiber hücum haqqında istintaq aparıldığını bildirib.
ABŞ - ın təhlükəsizlik rəsmiləri, Çin mənbəəli olduğuna inanılan kiber hücumda 4 milyondan çox hökumət işçisinə aid məlumatın oğurlandığını açıqlayıb. Sağlamlıq sektorunu hədəf aldığı ifadə edilən hücumda, ABŞ-ın ən böyük ikinci səhiyyə sığorta firması Anthem ilə səhiyyə xidmətləri təqdim edən Premera Blue Cross - un hədəf alındığını ifadə edib.
Federal işçilərin əməliyyat qeydləri və təhlükəsizlik məlumatlarını saxlayan ABŞ Personal İdarə Bürosu (OPM), bu günə kimi hökumət işçilərini hədəf alan böyük hücumlardan birinin reallaşdırıldığını ifadə edib.
Reuters - ə açıqlama verən bir təhlükəsizlik rəsmisi, "hücumun arxasında xarici bir ölkənin və ya hökumətin olduğunu" ifadə edərkən, Çinin ən böyük şübhəli kimi göründüyünü söyləyib.
FBİ, kiber hücum haqqında istintaq başladığını və məsulların tutulmağa çalışıldığını ifadə edib.
Çin şübhəsi artır
Çinin Vaşinqton səfirliyi isə "fərziyyəyə əsaslanan ittihamların məsuliyyətsizcə və zərər verici olduğu" açıqlamasını verib. Ayrıca, "sərhədlər arasında itən məlumatın izini təqib etmənin asan olmadığı" ifadə edilib.
ABŞ-lı rəsmilər isə Anthem'in fevral ayında kiber hücuma məruz qaldığını, ip kodlarının yenidən Çinə işarə etdiyini ifadə edib. Sight Partners firmasından analitiklər John Hultquist, "motivasiyanın müxtəlif cinayətlər işləmək yox, dövlət adına casusluq etməyi məqsədini güddüklərinə inandıqlarını" ifadə edib.
Şərhlər