Minsk Qrupunun rusiyalı həmsədri ABŞ-a getdi - Qarabağ danışıqları
23.10.2020 00:50 Dünyadan reaksiya 580
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov oktyabrın 23-ü Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona səfərə yollanıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
S.Ryabkov bildirib:
"Xüsusi tapşırıqlar üzrə səfirimiz İqor Popov Vaşinqtona yollanıb. Orada oktyabrın 23-ü onun ABŞ nümayəndələri ilə Qarabağ üzrə danışıqları olacaq. Həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı da baş tutacaq".
Şərhlər