Ukrayna xalqı NATO üzvlüyünü dəstəkləyir

15.08.2015 01:45     Dünyadan reaksiya     1743

Ukraynada xalq arasında aparılan sorğuya əsasən vətəndaşların böyük əksəriyyətinin NATO üzvü olmağı dəstəklədiyi məlum olub. Araşdırmalara görə bu gün ölkədə NATO üzvlüyü üçün referendum keçirilsə, vətəndaşların 64%-i müsbətə səs verəcək

" İlka Kuçeriva Demokratik Fəaliyyətlər Fondu"nun apardığı araşdırma bu fikri dəstəkləyən vətəndaşların sayında ciddi artım olduğunu üzə çıxarıb. Fondun saytından verilən məlumatda “Əgər iyul ayında referendum keçirilsəydi, NATO tərəfdarları mütləq qələbə çalardılar: “hə” deyənlər 64%, “yox” deyənlər isə 28,5% olacaqdı. Ancaq bu nəticənin əldə olunması üçün NATO üzvlüyünü dəstəkləyən bölgələrdə əhalinin seçkidə iştirakı da yüksək olmalı idi.” deyə bildirilib. Ölkədə blokdan xaric statusun əhəmiyyətini itirməsi təhlükəsizliyi təmin etməyin ən optimal variantı kimi NATO-ya olan ümidləri artırıb. Buna görə 2012-ci ildə 13% olan dəstək faizi 2015-ci ildə 36%-ə çıxdı. Digər tərəfdən isə Rusiya və digər Postsovet ölkələri ilə ittifaqı dəstəkləyənlərin sayı 26%-dən 8%-ə düşüb.

 

Şərhlər

Çox oxunanlar