Avroqrup Yunanıstanla bağlı növbəti razılığa gəlib
15.08.2015 01:58 Dünyadan reaksiya 1764
Avroqrup Yunanıstana dair üçüncü yardım proqramını dəstəkləyib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Avroqrupun növbədənkənar iclasından sonra qurumun rəhbəri Yerun Deysselblum bəyan edib.
“Biz son ziddiyyətləri aradan qaldıraraq müsbət nəticə əldə edə bildik. Danışıqlarda hökm sürən əlverişli ab-hava razılığa gəlməyə kömək etdi”, deyə Y. Deysselblum
Yeni proqram çərçivəsində ilk tranş Yunanıstana artıq avqustun 19-da köçürülə bilər. Avroqrup sədrinin bildirdiyinə görə, onun ümumi həcmi 86 milyard avro təşkil edəcək.
Şərhlər