Rusiyadan Yaponiyaya xəbərdarlıq
15.08.2015 02:43 Dünyadan reaksiya 1875
Rusiya Xarici İşlər Nazirliyi rus nümayəndələrin Kuril adalarına etdikləri səfər barədə Yaponiyanın verdiyi açıqlamaların qəbuledilməz olduğunu bildirib. Nazirlikdən verilən açıqlamada rəsmi Tokionun mövzu haqdakı şərhlərinin 2-ci dünya müharibəsinin nəticələrini tanımamaq mənasına gəldiyi bildirilir
Xarici İşlər Nazirliyinin saytında yer alan açıqlamada “ Hökumət nümayəndələrimizin proqramını planlayarkən Tokionun münasibətini diqqətə almaq məcburiyyətində olmadığımızı bir daha xatırlatmaq istəyirik. Normal çərçivədə həyata keçirilən səfərlər davam edəcək” deyə bildirilib.
Rusiya hökumət adamlarının cənubi Kuril adalarına səfəri ilə bağlı Yaponiyadan yenə qəbuledilməz şərhlər gəldiyini bildirən nazirlik “ Yaponiya cənubi Kuril adaları ilə bağlı əsassız iddiaları qabardaraq açıq formada 2-ci dünya müharibəsinin bütün dünya tərəfindən qəbul edilən nəticələrini şübhə altına salmaq istəyir. Bütün bunların həmin müharibənin 70 illiyi ərəfəsində edilməsi isə daha pisdir” şəklində bəyanat verib.
Şərhlər