Beynəlxalq koalisiyadan İŞİD-ə ağır zərbə

15.08.2015 06:33     Dünyadan reaksiya     1618

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində İŞİD-in İraqdakı  mövqelərinə 23 hava zərbəsi endirib.

 

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Mayk İndovina bildirib.

 

Məlumata görə, zərbələrin əsas hədəfi İŞİD-in ər-Ramadi şəhərindəki mövqeləri olub.

 

M. İndovinanın sözlərinə görə, həyata keçirilən hava hücumu İraq ordusuna ər-Ramadi şəhərini mühasirəyə almağa imkan verəcək.

 

Xatırladaq ki, Anbar vilayətinin paytaxtı ər-Ramadi 2015-ci ilin mayından terrorçuların nəzarəti altındadır.

 

Şərhlər

Çox oxunanlar