Türkiyədən Bərdənin atəşə tutulması ilə bağlı - BƏYANAT
27.10.2020 21:56 Dünyadan reaksiya 508
Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralanıb. Bu qanlı cinayətin qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.
Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq.
Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsi bizi düşündürür", - bəyanatda qeyd olunub.
Şərhlər