Türkiyə Prezidenti: “Zəfər Azərbaycanındır!”

28.10.2020 15:19     Dünyadan reaksiya     492

“Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq. Zəfər Azərbaycanındır! Rəbbim yar və yardımçıları olsun”, - deyə Türkiyə Prezidenti qeyd edib.(apa)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar