Ermənistanın bütün sərhədləri Rusiyaya verildi
28.10.2020 21:58 Dünyadan reaksiya 602
Ermənistanın şərq və cənub-qərb sərhədlərinin qorunması da Rusiya sərhədçilərinə həvalə edilib.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan təsdiqləyib.
O, İspaniyanın EFE agentliyinin əməkdaşı Pablo Qonzalezin Qarabağ istiqamətindəki Ermənistan sərhədində rus sərhədçilərin olmasını təsdiqləyən fotoların sosial şəbəkədə yayılması barədə sualını cavablandırarkən deyib ki, burada yeni heç nə yoxdur:
“Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyurlar. Yəni bu, həmişə belə olub. İndi isə son hadisələrlə bağlı Rusiya sərhədçiləri Ermənistanın cənub-şərq və cənub-qərb sərhədlərinə də yerləşdiriliblər. Başqa sözlə, burada yeni xəbər yoxdur”.
Qeyd edək ki, Ermənistan uzun illərdir hətta özünün qorumalı olduğu sərhədlərində dayanmağa da əsgər tapmırdı. Buna görə də bir neçə ay öncə Nikol Paşinyanın əmri ilə polislər ayda iki dəfə sərhədə növbəyə göndərilirdi.
İndi isə belə məlum olur ki, Qarabağda ağır itkilər verdikdən sonra Ermənistan baş naziri ölkənin Azərbaycanla (o cümlədən Naxçıman MR ilə) sərhədlərini də Rusiyaya verərək, olan-qalan sərhədçilərini də Qarabağ müharibəsinə cəlb edib.
Əlavə edək ki, az öncə Ermənistan Sərhəd Xidməti sərhədçilərin Qarabağ döyüşlərində iştirakını təsdiqləmiş, indiyə qədər 37 sərhədçinin öldürüldüyünü, 4-nün itkin düşdüyünü, 243-nün isə yaralandığını bildirmişdi.
Şərhlər