Çində ölənlərin sayı 85-ə çatdı - PARTLAYIŞ

15.08.2015 09:06     Dünyadan reaksiya     1830

Çinin Tyantszin şəhərində güclü partlayış nəticəsində ölənlərin sayı 85-ə çatıb, azı 720 nəfər xəsarət alıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, partlayış baş verdiyi anbarda kimyəvi maddələrin tərkibi və sayı hələ də naməlum olaraq qalır.

Son məlumatlara əsasən, partlayış 17 min evə, 1700 şirkətə, 675 ticarət, ictimai iaşə və digər xidmət obyektlərinə ziyan vurub. Hadisə nəticəsində həmçinin 10 mindən çox avtomobil yanıb.

 

Şərhlər