Fransa şiddəti və iğtişaşı təşviq edir - İran prezidenti

29.10.2020 01:10     Dünyadan reaksiya     545

Müqəddəs Peyğəmbəri təhqir etmək insanlığın bütün dəyərlərini təhqir etmək deməkdir.

Reaksiya.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O vurğulayıb ki, söz və mətbuat azadlığı adı altında peyğəmbərin təhqir olunması heç də xoş niyyətdən xəbər vermir. Müxtəlif dinlərə etiqad edən adamların hissi ilə oynamaq demokratiyadan deyil, təfriqədən xəbər verir.

H.Ruhani bildirib ki, Fransa və Avropanın digər ölkələri şiddəti və iğtişaşı təşviq edirlər, bu da milyonlarla insanın etirazına səbəb olur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar