Mnatsakanyan Cenevrəyə gedir: Gözlənilən görüş...
30.10.2020 00:13 Dünyadan reaksiya 513
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sabah Cenevrəyə gedəcək.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.
Onun sözlərinə görə, Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
Nağdalyan qeyd edib ki, hazırda erməni nazir İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi ilə görüşür.
Qeyd edək ki, oktyabrın 30-da Cenevrədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, görüşün oktyabrın 29-da keçirilməsi nəzərdə tutulsa da, təxirə salınmışdı.
Şərhlər