Almaniyada ermənilərin yürüş-mitinqinə icazə verilməyib
30.10.2020 14:53 Dünyadan reaksiya 632
Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində ermənilərin keçirmək istədikləri yürüş-mitinqinə icazə verilməyib.
Reaksiya.az xəbər verir ki, Ahlen və Hamm şəhər Polis Təşkilatlarından əldə etdikləri məlumata görə, sözügedən şəhərlərdə yaşayan ermənilər noyabrın ikisində yürüş-mitinqi keçirmək üçün şəhər rəhbərliyinə müraciət ediblər. Lakin Ahlen və Hamm şəhərlərinin bələdiyyələri ermənilərin yürüş-mitinqinə icazə verməyib.
Əldə etdiyimiz məlumatda deyilir ki, ermənilərin yürüş-mitinqinə icazə verilməməsinin əsas səbəbi onların seçdiyi marşrut olub. Belə ki, onlar şəhər rəhbərliyindən icazə almaq üçün etdikləri müraciətdə qeyd ediblər ki, Ahlen və Hammda toplanış məntəqəsində mitinq keçirdikdən sonra avtomobilləri ilə iki şəhəri birləşdirən yolda avtoyürüş etmək istəyirlər.
Hər iki şəhərin rəhbərliyi ermənilərin Hamburqda avtobanın bağlanması və on minlərlə insanın işinə gecikməsi ilə nəticələnən aksiyanı misal çəkərək oxşar yürüşə şəhərlərində icazə vermədiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, Ahlen şəhəri əhalisinin sayına görə, Türkiyə vətəndaşlarının ən çox yaşadığı Almaniya şəhəridir.
Şərhlər