Həbibdən Makrona: Bu, təxribatdır!
31.10.2020 00:30 Dünyadan reaksiya 674
Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov müsəlmanları təhqir edən Fransa Prezidenti Emmanuel Makrona reaksiya verib.
Reaksiya.az xəbər verir ki, o, Fransa liderinin təhqiramiz ifadələrini “təxribat” adlandırıb.
Həbib Makronun söz azadlığı adı altında 1.5 milyarddan çox müsəlmanı incitdiyini bildirib.
O, müsəlmanların Məhəmməd peyğəmbəri hər kəsdən çox sevdiyini deyib:
“Biz müsəlmanıq, peyğəmbərimiz Məhəmmədi analarımızdan, atalarımızdan, uşaqlarımızdan, həyat yoldaşlarımızdan və ürəyimizə yaxın olan bütün insanlardan daha çox sevirik. Mənə inanın, bu təxribatlar baş tutmayacaq”.
Şərhlər