Rusiya Aralıq dənizində təlim keçirir

15.08.2015 11:45     Dünyadan reaksiya     1963

Rusiya Qara dəniz Donanmasına aid döyüş gəmiləri, keçən həftə Gibraltar boğazından keçərək daxil olduqları Aralıq dənizində nəhəng bir təlim  reallaşdırıb. Təlimdə beşi döyüş gəmisi olmaqla cəmi səkkiz gəmi iştirak edib.

Rus donanmasının bayraq gəmisi “Moskva” raket gəmisinin liderliyində reallaşan təlimdə, düşmənin hava hücumlarına istiqamətli atışları, dənizaltılara istiqamətli döyüş təlimi və konvoy təhlükəsizliyi ilə əlaqədar fəaliyyətlər yerinə yetirilib.

 'Pıtlivıy' freqatı, hərbi yanacaq tanker gəmisi 'İvan Bubnov', hava yastıqlı raket gəmisi 'Samui', kiçik raket gəmisi 'Miraj "və xilasedici “Şaxtyor”kimi gəmilər iştirak edib.

Şərhlər