Fransa sərhəd nəzarətini gücləndirir
02.11.2020 17:10 Dünyadan reaksiya 663
Fransada son bir ay ərzində baş verən bir sıra terror hücumları ilə bağlı hökumət sərhəd nəzarətini gücləndirmək və islam fundamentalizmində şübhəli əcnəbiləri ölkədən çıxartmaq qərarına gəlib.
Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Jerald Darmanın BFM TV-yə müsahibəsində son bir ayda islam fundamentalizmində şübhəli sayılan 16 nəfəri ölkədən çıxartdıqlarını, həmçinin şübhəli vəziyyət yarandıqda başqa əcnəbiləri həbs etmək üçün yerlərə göstəriş göndərildiyini qeyd edib.
Nazir həmçinin yaxın günlərdə Tunis, Əlcəzair və Rusiyaya səfər edərək bu ölkələrdən olan islamçıların Fransadan geri qəbul etmələrinə dair danışıqlar aparacaqlarını da diqqətə çatdırıb.
“Terrorçuluğun milliyyətə və ya irqə dəxli yoxdur”, - nazir vurğulayıb.
Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron Tunis və Əlcəzair prezidentlərilə telefon söhbətləri zamanı bu məsələni müzakirə edib.
Ötən cümə axşamı Nis şəhərindəki kilsədə 21 yaşlı tunisli miqrant İbrahim İsəvi tərəfindən üç nəfərin qətlə yetirildiyi hadisəsindən sonra ölkədə terrorla bağlı ən yüksək hazırlıq səviyyəsi elan edilib, ölkədə strateji məkanlarda keşik çəkmək üçün 3 mindən 7 minədək hərbçi, 3 500 polis və jandarma cəlb edilib.
Şərhlər