İzmirdə növbəti dəfə güclü zəlzələ oldu
02.11.2020 23:59 Dünyadan reaksiya 438
Türkiyənin Egey bölgəsində 4,2 bal gücündə daha bir zəlzələ baş verib.
Reaksiya.az xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Zəlzələnin episentri İzmir vilayətinin Urla rayonudur. Təkanların ocağı yerin 6,85 kilometr dərinliyindədir.
Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.
Şərhlər