Ərdoğan nazirləri toplayır: Qarabağ müzakirəsi...
03.11.2020 09:59 Dünyadan reaksiya 498
Bu gün Türkiyə Prezident Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyində növbəti dəfə toplanacaq.
Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, iclasda Ermənistan-Azərbaycan cəbhə xəttindəki son vəziyyət və Şərqi Aralıqdakı proseslər müzakirə ediləcək.
Bundan başqa, İzmirdə baş verən zəlzələnin nəticələri və sonrakı proseslər haqqında fikir mübadiləsi aparılacaq.
Şərhlər