Sərkisyandan Azərbaycana böyük bir sürpriz
03.11.2020 21:02 Dünyadan reaksiya 33240
Ermənistan Prezidenti Armen Serkisyan bu gün RBK kanalına müsahibəsində səsləndirdiyi bir çox fikirlərlə gündəmə gəlib.
Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, Sərkisyan xüsusilə Qarabağ müharibəsinin əsasının əslində 1920-ci ilə gedib çıxdığını bildirməsi diqqəti çəkib.
O deyib ki, məhz həmin il “Dağlıq Qarabağ Azərbaycana verildi”.
“Azərbaycan həmişə ərazi bütövlüyü məsələsini qaldırır. Hansı ərazi bütövlüyü? Sovet İttifaqının 70 il öncə verdiyi ərazi?”
Olduqca aktual bir məsələdir. Belə görünür ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Sovet İttifaqının 100 il öncəki işğalı zamanı dəyişdirilən sərhədlərlə razı deyil.
Tamamilə doğru bir iddiadır və tarixi həqiqətin bərpasına cəhd olduğu üçün Azərbaycan bu sürpriz təşəbbüsə dəstək verməlidir. Faktiki olaraq Azərbaycan Respublikası 1928-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdib, Ermənistan da eynilə. Ona görə də bütün atributlar (bayraq, gerb və s.) kimi, ərazi baxımından da AXC-nin torpaqlarına iddia hüququmuz vardır.
1920-ci il yanvarın 11-də isə AXC və Ermənistan dünyanın bir çox ölkələri tərəfindən (o cümlədən Fransa, ABŞ, Almaniya və s.) tanınıb. Həmin vaxt Azərbaycan dövləti öz suveren hüquqlarını tarixi torpaqları olan Zəngəzur, Meğri, Dərələyəz, Qafan, Göyçə də daxil olmaqla, 113,9 min kv/km-də bərpa etmişdi. Paris sülh konfransına AXC Xarici İşlər Nazirliyi tərəfindən 1919-cu ildə göndərilən xəritə də dünya axrivlərində saxlanılır.
Beləliklə, Armen Sərkisyanın SSRİ ilə, daha doğrusu Rusiya ilə bağlı iddiasını böyük məmnuniyyətlə qəbul edərək, 1918-ci ildə 9 min kv/km ərazidə yaradılmasına razılıq verilən Ermənistan dövlətinin hazırda 29 min kv/km əraziyə qədər böyüməsinin səbəbini aydınlaşdırmaq və SSRİ-nin Azərbaycan Xalq Cümhuriyyətinin torpaqlarını qəsb edərək, Ermənistana birləşdirməsi kimi tarixi ədalətsizliyi dəyişməyin tam zamanıdır.
Şərhlər