İzmirdə zəlzələdə ölənlərin sayı 110 nəfərə çatıb - Ərdoğan

03.11.2020 21:30     Dünyadan reaksiya     720

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 110 nəfərə çatıb.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, dağıntı altında qalan 107 nəfərin həyatını xilas etmək mümkün olub. Prezident onu da qeyd edib ki, dövlət bütün imkanları ilə zəlzələdən zərər çəkənlərin ehtiyaclarını ödəmək üçün səfərbər olunub.

Reaksiya.az

Şərhlər