Türkiyə-ABŞ münasibətləri kritik həddə çatıb - Çavuşoğlu

04.11.2020 09:11     Dünyadan reaksiya     647

ABŞ xalqı kimi seçirsə seçsin, biz Vaşinqtonla yaxın işbirliyi çərçivəsində çalışmağa hazırıq.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-da keçirilən prezident seçkiləri barədə danışarkən bildirib.

Çavuşoğlu Türkiyə-ABŞ münasibətlərinin daha kritik səviyyəyə çatdığını vurğulayıb:

"Mövcud regional və qlobal məsələlər ikili münasibətlərimizi daha əhəmiyyətli duruma gətirib. Prioritetimiz problemlərimizi həll etmək və mövcud imkanlardan maksimum dərəcədə istifadə etmək olacaq".

Reaksiya.az

Şərhlər