Təbrizə giriş-çıxış bağlanıb

04.11.2020 12:13     Dünyadan reaksiya     596

Pandemiya ilə əlaqədar Təbriz şəhərinə nəqliyyatın giriş-çıxışı qadağan edilib.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, şəhərinə giriş-çıxış məhdudiyyətinin tətbiq olunduğunu açıqlayıb.

Ə. Rastqu vilayətin 10 şəhərində kəskin pandemiya şəraitinin hökm sürdüyünü vurğulayıb. O qeyd edib ki, Azərşəhr, Culfa, Çaroymaq, Əcəbşir, Marağa, Mərənd, Əhər, Şəbistər, Bunab və Miyana rayonlarında iki, üç və dördüncü peşə qruplarının fəaliyyətinə 10 gün müddətinə qadağa qoyulub: “Həmin dövrdə Təbriz şəhərində üç və dördüncü kateqoriya peşə qruplarına məhdudiyyətlər tətbiq olunacaq və bu məhdudiyyətlər Təbrizdə və digər şəhərlərdə uzadıla bilər”.

Onun sözlərinə görə, qanunu pozanların barəsində qanunvericiliyə uyğun tədbir götürüləcək.

Reaksiya.az

Şərhlər