Saakaşvili koronavirusa yoluxub
04.11.2020 13:02 Dünyadan reaksiya 604
Gürcüstanın sabiq prezidenti, Birləşmiş Milli Hərəkat Partiyasının lideri Mixail Saakaşviliyə COVID-19 diaqnozu qoyulub.
Bu barədə sabiq prezident ölkə mediasına açıqlamasında bildirib.
M.Saakaşvili bir neçə həftə bundan əvvəl xəstəliyi keçirdiyini və artıq sağaldığını qeyd edib.
Qeyd edək ki, Gürcüstanda son sutka ərzində 2 min 295 nəfər koronavirusa yoluxub.
Şərhlər