İzmirdə dağılan binalarla bağlı 7 nəfər həbs edildi
06.11.2020 00:49 Dünyadan reaksiya 499
İzmir şəhərində güclü zəlzələ zamanı dağılan binalarla bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan 9 şübhəli şəxsdən 7-i həbs olunub.
Reaksiya.az xəbər verir ki, bu barədə “Sputnik”in Türkiyə bölməsi məlumat yayıb.
Qeyd edək ki, İzmirdə baş verən güclü zəlzələ nəticəsində bir neçə yaşayış binası dağılmış və nəticədə 100-dən çox sakin həlak olmuşdu. Tikinti normalarının kobud surətdə pozulması ilə bağlı cinayət işi başladılmışdı.
Şərhlər